• Təqvim

  • Maraq



“Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” silsiləsindən növbəti dərs keçirilib


Noyabrın  15-də “Heydər Əliyev İli” çərçivəsində Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” silsiləsindən Heydər Əliyev ideyaları yaşayır mövzusunda dərs keçirilib.

Dərsdə məktəbin psixoloqu Afət Əsgərova, sinif rəhbəri Mehriban Kazımova və Mərkəzin əməkdaşları iştirak ediblər. 


Mərkəzin direktoru Ceyhunə Hüseynova Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında böyük xidmətlərindən danışıb. C.Hüseynova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, ideya-siyasi və idarəçilik irsi çox zəngindir. Ulu Öndər  fəaliyyəti dövründə bütün məsələlərin həlli istiqamətində yorulmadan çalışdı, müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaratdı. Məhz Heydər Əliyev fenomeni sayəsində Azərbaycan öz müstəqilliyinə nail oldu, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bildi, ölkəmizin müstəqilliyinin əbədi və dönməz olmasını təmin etdi. Misilsiz xidmətləri ilə Azərbaycan xalqının və tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi. Dahi şəxsiyyət Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, bütün sahələrdə dərin tənəzzülün qarşısını aldı. Heydər Əliyevin ideyaları bu gün də yaşayır və qalib gəlir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoyulması, bu gün Azərbaycanın dünyada qalib ölkə kimi tanınması Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsidir. 

Dərsin sonunda mövzu ətrafında sual-cavab keçirilib, şagirdlərdən Nizami Qafarlı, Həsən Əhmədov, Fidan Mustafayeva, Nəbi Nəbiyev xüsusi fərqləniblər. 



Facebook-da paylaş