• Təqvim

  • Maraq



“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti - 100” adlı sərginin nümayişi davam edir


“Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti - 100” adlı sərginin nümayişi davam edir.

Fotosərgidə iştirak edən ziyarətçilərə bildirilir ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində dərin izini qoymuş dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoyub.  Ulu Öndər Heydər Əliyev daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli dəyərlərimizin inkişafı üçün böyük danılmaz xidmətlər göstərib. Mədəniyyətinmiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz Ulu Öndər Heydər Əliyevin sayəsində tanınıb. Azərbaycan torpağına, Azərbaycan mədəniyyətinə dərin tellərlə bağlı olan Ulu Öndər Heydər Əliyev milli mədəniyyətimizin və incəsənətimizin bəşəri nailiyyətləri ilə həmişə fəxr etmiş, mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirmiş, onların daim qayğısını çəkmişdir. 



Facebook-da paylaş