• Təqvim

  • Maraq



Azərbaycan xalqının fəxri və qüruru olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd olunur


2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının fəxri və qüruru olan Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Böyük idarəetmə təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasət yürüdərək müasir və demokratik Azərbaycan dövlətini qurmağa nail oldu. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində dirçəliş məhz Dahi şəxsiyyətin adı ilə bağlıdır. Həyatını xalqına bəxş edən Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə qoyduğu izlər əbədidir. Nə qədər Azərbaycan, azərbaycançılıq var Ümummilli Lider Heydər Əliyev yaşayır və yaşayacaq. Bütün varlığı ilə Vətəninə bağlı olan əvəzolunmaz Liderin əziz xatirəsi həmişə sonsuz sevgi ilə yad ediləcək.

Bu il həm də ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Qədirbilən xalqımız dahi insanın 100 illik yubileyini Onun adı ilə bağlı olan bir ildə böyük hörmətlə, ehtiramla qeyd edir, bu istiqamətdə ölkənin hər yerində silsilə tədbirlər həyata keçirilir.

Dahi şəxsiyyətin, fenomenal insanın 100 illik yubileyinin qeyd edilməsi istiqamətində Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən silsilə tədbirlər bu gün də davam etdirilməkdədir. 

Mayın 6-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin107 saylı Qazax Seçki Dairəsinin rəhbər və əməkdaşları, Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin müəllim və şagirdləri, Qazaxbəyli kənd Körpələr evi–Uşaq bağçasının müəllim və körpə fidanları dahi insanın abidəsi önünə gül dəstələri düzüb, Onun mənalı həyatının və siyasi fəaliyyətinin hər bir anı haqqında geniş mühazirələr dinləyib, dünya şöhrətli siyasətçiyə həsr edilmiş filmlərə və sərgiyə baxış keçiriblər.



Facebook-da paylaş