• Təqvim

  • Maraq



“Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda növbəti tarix dərsi keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.

Dekabrın 27-də keçirilən növbəti dərsdə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin tədris hissə müdiri İlqar Hüseynov, tarix müəllimləri İdeya Nuruyeva, Kəmalə İsayeva və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Bugünkü dərs “Müstəqilliyimizin memarı” mövzusunda olub. Şagirdlərə  Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən danışılıb. Ölkəmizin hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən bəhs edilib.  

Dərsdə şagirdlərdən Ülfət Hüseynov, Mehriban Mirzəyeva, Nigar Lahıcova sual- cavabda fəal iştirak edərək seçiliblər.



Facebook-da paylaş