Qazax Rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda tarix dərslərinin keçirilməsinə başlanılıb
2022-2023-cü tədris ili ərzində Qazax Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə noyabrın 21-dən etibarən rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda tarix dərslərinin keçirilməsinə başlanılıb.
Dərslərin təşkilində məqsəd Azərbaycanın XX əsr-XXI əsrin əvvəllərində keçdiyi tarixi inkişaf yolu, Azərbaycan torpaqlarının yadellilər tərəfindən işğal tarixləri, xalqımızın yaddaşına yazılmış itkilər və uğurlar, müstəqilliyimizin yenidən bərpası, müstəqilliyin ilk illərində mürəkkəb daxili və xarici vəziyyət, müdrik dövlət xadimi Heydər Əliyevin xalqına sahib çıxması, son illərdə qazandığımız böyük nailiyyətlər, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı, Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəgin irsinin təbliği, demokratik dövlət quruculuğu prosesi, həyata keçirilən sosial-iqtisadi islahatlar, yeni neft strategiyası və yeni minilliyin yeni lideri haqqında şagirdlərin biliklərinin zənginləşdirilməsindən ibarətdir.
Müstəqil Azərbaycan tarixi ilə bağlı müxtəlif mövzulardan ibarət dəslər əvvəlcədən müəyyənləşdirilmiş xüsusi qrafiklə rayonun 41 orta məktəbindən minə yaxın şagirdin iştirakı ilə 41 tarix müəllimi tərəfindən keçiriləcəkdir.
Dərslər zamanı şagirdlərə “Azərbaycan XIX əsr-XX əsrin əvvəllərində”, ”Azərbaycan torpaqlarının işğalı”, “Milli qırğın siyasəti”, “Dövlət müstəqilliyinin bərpası”, “70-80-ci illərdə sosial iqtisadi uğurlar”, “Xalq hərəkatı”, “Birinci Qarabağ müharibəsi”, “Heydər Əliyevin Naxçıvan dövrü”, “Milli Qurtuluş”, “Yeni əsrə yeni liderlə” və digər mövzularda məruzələr oxunur, dərsin sonunda sual-cavab formatında disskusiya aparmaqla şagirdlər tərəfindən mövzunun mənimsənilmə səviyyəsi yoxlanılır. Dərsdə fəal iştirak edən şagirdlər qiymətləndirilir.
İlk dərs noyabrın 21-də keçirilib. Dərsdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Vətalət Mirzəliyeva və yuxarı sinif şagirdləri iştirak ediblər.
Bugünkü dərsin mövzusu “Heydər Əliyev və xilaskarlıq missiyası” olub. Dərs müvəffəqiyyətlə həyata keçirilib.
Dərsdə şagirdlərdən Fəridə Hüseynova, Mustafa Məmmədov, Fərid Abdullayev, Kamal İbrahimov, Elcan Qasımov, Nihat Hətəmov, Ləman Mirzəyeva fəal iştirak ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş