“Müstəqil Azərbaycanın şanlı tarixi”
Azərbaycanın
müasir tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin siyasi irsinin
öyrədilməsi məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzi "Heydər Əliyev məktəbi”layihəsi çərçivəsində rayonun kənd
məktəblərinin yuxarı sinif şagirdləri üçün mühazirələr
oxunmasını davam etdirir.
Növbəti mühazirə
M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin şagirdləri üçün
keçirilib.
"Müstəqil
Azərbaycanın şanlı tarixi” mövzusunu əhatə edən mühazirəni Mərkəzin baş
fond mühafizi Səidə Qocayeva oxuyub. Mühazirədə qeyd olunub ki, Azərbaycan
tarixinin Heydər Əliyev dövrü bütöv bir tarixi epoxadır. Heydər Əliyev bizim
dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və
iftixardır. Eyni zamanda O, tarixi şəxsiyyətdir. Heydər Əliyev dünyanı dəyişə
bilən insanlar sırasındandır. Onun aparmış olduğu siyasət gələcəyə ölçülüb
biçilmiş siyasətdir. Ölkəmiz bu gün həmin siyasətin uğurlarını hiss edir,
onunla yaşayır. Çünki Ulu Öndərin apardığı siyasət gələcəyə ünvanlanmış siyasət
idi.
Sonda şagirdlərə Ulu
Öndər Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət sərgi təqdim edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş