Əsas Səhifə > Mədəniyyət > “Müstəqil Azərbaycanın şanlı tarixi”
“Müstəqil Azərbaycanın şanlı tarixi”21-11-2019, 16:01 |
Azərbaycanın müasir tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrədilməsi məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzi "Heydər Əliyev məktəbi”layihəsi çərçivəsində rayonun kənd məktəblərinin yuxarı sinif şagirdləri üçün mühazirələr oxunmasını davam etdirir. Növbəti mühazirə M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin şagirdləri üçün keçirilib. "Müstəqil Azərbaycanın şanlı tarixi” mövzusunu əhatə edən mühazirəni Mərkəzin baş fond mühafizi Səidə Qocayeva oxuyub. Mühazirədə qeyd olunub ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü bütöv bir tarixi epoxadır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixardır. Eyni zamanda O, tarixi şəxsiyyətdir. Heydər Əliyev dünyanı dəyişə bilən insanlar sırasındandır. Onun aparmış olduğu siyasət gələcəyə ölçülüb biçilmiş siyasətdir. Ölkəmiz bu gün həmin siyasətin uğurlarını hiss edir, onunla yaşayır. Çünki Ulu Öndərin apardığı siyasət gələcəyə ünvanlanmış siyasət idi. Sonda şagirdlərə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət sərgi təqdim edilib.
GOYEZEN.AZ Geri qayıt |