Qazax Tarix-Diyarşünaslıq Muzeyində 12 Noyabr – Konstitusiya Günü qeyd olunub
Respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da 12 Noyabr – Konstitusiya Günü silsilə tədbirlərlə
qeyd olunub. Növbəti tədbir Qazax Tarix-Diyarşünaslıq Muzeyində keçirilib.
Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin işçilərinin də iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının
ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olması üçün zəmin
yaratmasından, insan hüquq və azadlıqlarının müdafiəsinə etibarlı təminatlar
verməsindən söz açılıb. Muzeyin
direktoru Gülnaz Alişanova tədbiri giriş sözü ilə açaraq 12 Noyabr –
Konstitusiya Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra ölkədə həyata keçirilən siyasi-hüquqi
islahatlardan, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil
Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən, Ali Qanunun qəbul
olunmasından sonra Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində
qazanılan uğurlardan danışıb. Muzeyin bələdçisi Arzu Alıyeva və elmi
işçi Aynur Qasımova da çıxış edərək 12 Noyabr – Konstitusiya Günü münasibətilə
fikirlərini bölüşüblər. Əsas prinsipləri azad və müstəqil Azərbaycanın
uzunmüddətli gələcəyinə hesablanmış bu ali sənədin ölkədə həyata keçirilən
hüquqi demokratik islahatlar üçün möhkəm bir təməl olduğunu, Konstitusiyanın
ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza
yaratdığını və onun inkişafına güclü təkan verdiyini diqqətə çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş