Əsas Səhifə > Mədəniyyət > Qazax Tarix-Diyarşünaslıq Muzeyində 12 Noyabr – Konstitusiya Günü qeyd olunub
Qazax Tarix-Diyarşünaslıq Muzeyində 12 Noyabr – Konstitusiya Günü qeyd olunub12-11-2019, 13:00 |
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 12 Noyabr – Konstitusiya Günü silsilə tədbirlərlə qeyd olunub. Növbəti tədbir Qazax Tarix-Diyarşünaslıq Muzeyində keçirilib. Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin işçilərinin də iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olması üçün zəmin yaratmasından, insan hüquq və azadlıqlarının müdafiəsinə etibarlı təminatlar verməsindən söz açılıb. Muzeyin direktoru Gülnaz Alişanova tədbiri giriş sözü ilə açaraq 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə həyata keçirilən siyasi-hüquqi islahatlardan, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən, Ali Qanunun qəbul olunmasından sonra Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində qazanılan uğurlardan danışıb. Muzeyin bələdçisi Arzu Alıyeva və elmi işçi Aynur Qasımova da çıxış edərək 12 Noyabr – Konstitusiya Günü münasibətilə fikirlərini bölüşüblər. Əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmış bu ali sənədin ölkədə həyata keçirilən hüquqi demokratik islahatlar üçün möhkəm bir təməl olduğunu, Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdığını və onun inkişafına güclü təkan verdiyini diqqətə çatdırıblar.
GOYEZEN.AZ Geri qayıt |