• Təqvim

  • Maraq



20 Yanvar hüzn və milli qürur günüdür


20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar dahi şair Səməd Vurğunun adını daşıyan Poeziya Evində də tədbir keçirilib. "20 Yanvar hüzn və milli qürur günüdür” başlığı altında keçirilən tədbirdə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin müəllimi Aytac Bayramova və V, VI sinif şagirdləri, Poeziya Evinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Poeziya Evinin kitabxanaçısı Xalidə Vəliyeva tədbiri giriş sözü ilə açaraq tariximizə yazılmış qanlı yanvar gecəsi haqqında məktəblilərə geniş məlumat verib. 20 Yanvar faciəsinin səbəblərindən, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasətindən danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu bildirib.

Sonra şagirdlər şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər. Şagirdlərdən Aysel Hökumalıyeva "20 Yanvar", Hava Daşdıyeva "20 Yanvar axşamı", Xədicə Vəliyeva "20 Yanvar", Aidə Məmmədəliyeva "Od vurub qəlbimə 20 Yanvar", Kamal Yolçuyev "Tanrım, məni şəhid elə", Aysun Nəsibova "Qanlı Yanvar gecəsi",
Zahid Ağacanov "Ağlama, şəhid anası" başlıqlı şeirlər səsləndiriblər.

Sonda 20 Yanvar hadisələri ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.






GOYEZEN.AZ

 



Facebook-da paylaş