• Təqvim

  • Maraq



Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayır

Bütün ömrünü Azərbaycanın tərəqqisinə həsr edən müdrik insan hər zaman xalq və dövlət amilini öz həyatından üstün tutmuşdur. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atıb. Dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini sonsuz ehtiramla yad edir. Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayır.İllər keçdikcə müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyüklüyü, uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi daha aydın görünür, daha çox dərk edilir.

12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar.

Dekabrın 11-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qazax-Tovuz Regional Məşğulluq İdarəsinin rəhbər və əməkdaşları. Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər, eləcə də Aşağı Salahlı, Dəmirçilər, Çaylı, Fərəhli, Xanlıqlar, Cəfərli, Birinci Şıxlı, İkinci Şıxlı, Quşçu Ayrım, Daş Salahlı, Kosalar, Ağköynək-Qarapapaq, Orta Salahlı, Alpout, Qaymaqlı, Yuxarı Salahlı, Aslanbəyli, Hüseynbəyli, Barxudarlı, Aşağı Əskipara, Yuxarı Əskipara kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin, Bələdiyyələrin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri, Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin, Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin, Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin, Qazax rayon Akif Bəbirov adına Kəmərli kənd tam orta ümumtəhsil məktəbin direktor və müəllimləri, Regional İnkişaf İctimai Birliyinin Qazax-Tovuz Regional Bölməsinin üzvləri Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, kitab sərgisi və film nümayiş etdirilib.






Facebook-da paylaş


{sape_links}