• Təqvim

  • Maraq



Müasir Azərbaycan tarixinin yaradıcısı kimi dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanla daim qoşa yaşayacaqdır

Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti milli dövlətçilik ənənələrimizin formalaşdırılmasının ən mühüm mərhələsi kimi dəyərləndirilir. Hakimiyyətdə olduğu illərdə Ulu Öndər yalnız öz xalqının tarixi mənafeləri uğrunda mübarizə aparmış, bütün ictimai-siyasi proseslərdə real güc kimi özünü göstərmişdir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərimiz Azərbaycan adlı bu şah əsəri ilə yaddaşlarda əbədiləşib. Onun bu yolda apardığı mübarizənin, işinin və əməllərinin əzəməti ölçüyəgəlməzdir. Dahi şəxsiyyət Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Müasir Azərbaycan tarixinin yaradıcısı kimi dahi şəxsiyyət Azərbaycanla daim qoşa yaşayacaqdır.

12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar.

Dekabrın 10-da Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun, Qazax Rayon Statistika İdarəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Qazax Uşaq-Gənclər İdman Şahmat Məktəbinin, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsi Qazax Elektrik Şəbəkəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Ragional Filialının Qazax Rayon Qəbul Şöbəsinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəhbər və əməkdaları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktor, müəllim və tələbələri, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin, Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta ümumtəhsil məktəbin, Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin direktor və müəllimləri Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, kitab sərgisi və film nümayiş etdirilib.



Facebook-da paylaş


{sape_links}