Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır
12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar. Dekabrın 8-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax rayon Mədəniyyət Mərkəzinin, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax şəhər 1 nömrəli uşaq Musiqi Məktəbinin, Qazax şəhər 2 nömrəli uşaq Musiqi Məktəbinin rəhbər və əməkdaşları, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Qazax korpusunun müəllimləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, kitab sərgisi və film nümayiş etdirilib.
Ulu Öndərin həyatı tarixi hadisələrlə zəngin unudulmaz salnamədir. Bu gün Azərbaycan dövlətinin elə bir sahəsi yoxdur ki, orada Ümummilli Liderin möhtəşəm imzası olmasın. Hər bir sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu aydın müşahidə edilir. Böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. Xalqın və dövlətin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Bütün ömrünü xalqa həsr edən dahi şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderin ideyaları daim yaşayacaq, xidmətləri heç vaxt unudulmayacaq,












Facebook-da paylaş















