• Təqvim

  • Maraq



İcra başçısı yeni asfalt örtüyü vurulan Bakı küçəsində görülmüş işlərlə yerində tanış olub - FOTOLAR


Son illər ölkəmizdə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində nəinki paytaxt Bakıda, eləcə də respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Qazaxda aparılan abadlıq işləri, xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizin əyani sübutudur.  

Bu gün şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski, Aslan Kəmərli küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,22,23,24,25,26,27,42,43,44,45,46,47,48,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. 

Hazırda Qazax şəhərində böyük küçələrdən olan Bakı küçəsinə yeni asfalt örtüyü vurulur. 


İyulun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən küçədə olub, görülmüş işlərlə yerində maraqlanıb. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarnı verib. 

Görülmüş işlər sakinlər tərəfindən də razılıqla qarşılanır. Vətəndaşlar rayonda aparılan quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.



Facebook-da paylaş