• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulub


Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində son illər paytaxt Bakıda, o cümlədən respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Son dövrlər Qazaxda aparılan abadlıq işləri, xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması bu dediklərimizin bariz nümunəsidir. 

Hər kəsə yaxşı məlumdur ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,22,23,24,25,26,27,42,43,44,45,46,47,48,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Təqdirəlayiq haldır ki, rayonda aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.

 

Hazırda Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli 1 saylı Dəmiryolu binasının həyətinə yeni asfalt örtüyü vurulur. 

Mayın 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sözügedən binanın həyətində olub, görülmüş işlərlə yerində maraqlanıb. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarnı verib. 



GOYEZEN.AZ



Facebook-da paylaş