• Təqvim

  • Unutma

  • Maraq



Canalı kəndində sakinlərlə keçirilən səyyar görüşdə qaldırılan məsələlər artıq müsbət həllini tapıb - FOTO


Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına örnəkdir. Bu, eyni zamanda ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasının, vətəndaş məmnunluğunun əsas götürülməsinin bariz nümunəsidir. 

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin əyani sübutudur. 


Yanvarın 6-da rayonun Canalı kəndində vətəndaşlarla keçirilən səyyar görüş zamanı kənd sakini Mustafayev Faqət Mirzalı oğlunun kənd ərazisində yol kənarından keçən qaz xəttinin və kənd ərazisində yol kənarında yerləşən 1 ədəd elektrik dayağının yerinin dəyişdirilməsi ilə bağlı müraciəti barədə məlumat vermişdik. Bu gün F.Mustafayevin müraciətinin müsbət həllini tapması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. 

Qeyd edək ki, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsi tərəfindən sözügedən qaz xəttinin, Qazax Elektrik Şəbəkəsi tərəfindən isə elektrik dayağının yeri dəyişdirilib. Canalı kənd tam orta məktəbinə gedən yol genişləndirilərək şagirdlərin və sakinlərin rahat şəkildə gediş-gəlişi təmin edilib.

Yanvarın 9-da Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Canalı kəndində olub, sakinlərlə görüşüb. Sakinlərlə səmimi söhbət edən birinci müavin səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını, bundan sonra da görüşlər zamanı qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını qeyd edib. 

Vətəndaş F.Mustafayev, eləcə də həmin ərazidə yaşayan sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Əvvəlki vəziyyət

Sonrakı vəziyyət

GOYEZEN.AZ



Facebook-da paylaş