• Təqvim

  • Maraq



44 günlük Vətən müharibəsindən sonra Qazaxda Novruz bayramı ilk dəfə təntənəli şəkildə qeyd olunacaq


2020-ci ilin 27 sentyabr və 10 noyabr tarixləri Azərbaycan xalqının yaddaşına, eləcə də hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri 44 günlük haqq savaşına çıxdılar və sonda tarixi Qələbə qazandılar. Şanlı Zəfərimiz, Vətən torpaqlarının ərazi bütövlüyü naminə Azərbaycanın igid, qəhrəman oğullarının bir qismi canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldi, bir qismi isə sağlamlığını Vətən yolunda itirdi. Bu gün Azərbaycan vətəndaşı olaraq bizə Qələbə sevincini, qalib xalq adını bəxş edən Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.

Bu gün sevindirici haldır ki, qalib xalq olaraq növbəti Bahar bayramını, Novruz bayramını qarşılamağa hazırlaşırıq.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə Novruz bayramı təntənəli şəkildə qeyd olunacaq.

Martın 16-sı saat 10:00-da "Azərbaycan, Şuşalı Novruz bayramın mübarək!adlı bayram tədbiri keçiriləcək.

Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçiriləcək bayram tədbirinə başda şəhid ailələri, Vətən müharibəsi iştirakçıları olmaqla, bütün rayon sakinləri, ictimaiyyət nümayəndələri dəvət olunur.

Milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramınız mübarək!

GOYEZEN.AZ



Facebook-da paylaş