• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda gənclər "VətənimİZ” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, döyüş meydanında başını əzərək tarixi Qələbə qazandıq. Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı olmağı bacardıq. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu bu haqq savaşından da alnı açıq, üzü ağ çıxdı. 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. 

Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Qələbə ilə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə və yaralı qazilərimizə minnətdardır.

44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, şanlı Zəfəri qızıl hərflərlə yazan igid Vətən oğullarının, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirələrini əziz tutmaq, onları yad etmək hər birimizin vətəndaşlıq borcudur.


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri də şəhidlərimizi, qazilərimizi, onların ailələrini daim diqqətdə saxlayırlar. Fəaliyyətə başladıqları ilk gündən ənənə halını alan bu cür ziyarətlər bu gün də davam etdirilir. Gənclər mütəmadi olaraq, "VətənimİZ” layihəsi çərçivəsində şəhidlərimizin məzarlarını ziyarət edir, ailələrinə baş çəkir, onlara olan vətəndaşlıq borclarını qaytarırlar.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri bu dəfə "VətənimİZ” silsilə fəaliyyətləri çərçivəsində İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qazax rayonunun Fərəhli  Qızılhacılı  kəndlərindən olan igid Vətən oğullarının məzarlarını ziyarət ediblər. Gənclər şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, igid Vətən oğullarının ruhlarına olan ehtiramlarını bildiriblər.

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun məzarı


"Vətən uğrunda” medalı ilə təltif olunmuş Qızılhacılı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlunun məzarı



"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun məzarı



GOYEZEN.AZ


Facebook-da paylaş