Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
"Vətən
uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Çaylı kənd sakini,
şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun məzarı "Vətən
uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin
azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif
olunmuş Çaylı kənd sakini, şəhid əsgər Qocayev
Niftalı Zakir oğlunun məzarı "Vətən
uğrunda” medalı ilə təltif
olunmuş Bala Çaylı kənd sakini, şəhid
əsgər Məmmədov Əvəz
Elnur oğlunun məzarı "Vətən
uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” və "Hərbi xidmətlərə görə”medalları
ilə təltif olunmuş Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun məzarı "Vətən uğrunda” və "Hərbi
xidmətlərə görə” medalları ilə təltif olunmuş Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun məzarı
GOYEZEN.AZŞəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------------------
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ
Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda
savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. Ötən
ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, İkinci
Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha sübut etdi ki,
Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Həmin müzəffər ordu 44 günlük Vətən müharibəsində Azərbaycanın qüdrətini bütün dünyaya
göstərdi. Ən əsası da Ali Baş Komandan İlham Əliyevin yaratdığı
Vətən Müharibəsi modeli Azərbaycanın Böyük Qələbəsini təmin etdi. 44 gün
davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük
qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər.
Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyuldu. Bu gün özünü qalib
ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun
əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman
oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur.
44
günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri və
adlarını qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz
tutmaq hər birimizin borcudur.
Qazax
Rayon Gənclər və İdman İdarəsinin kollektivi və könüllüləri də Vətən uğrunda
canından keçən şəhidlərimizi və onların ailələrini hər zaman yad edir.
Öz
ənənəsinə sadiq qalan idarənin əməkdaşları və könüllüləri 44 gün davam
edən İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Çaylı və Bala Çaylı kəndlərindən
şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət edib, qəbirləri
üstünə gül dəstələri düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Facebook-da paylaş