• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. Ən əsası isə Ali Baş Komandan İlham Əliyevin yaratdığı Vətən Müharibəsi modeli Azərbaycanın Böyük Qələbəsini təmin etdi. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydular. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur.

44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin borcudur.

Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi də Vətən uğrunda canından keçən şəhidlərimizi və onların ailələrini daim diqqətdə saxlayır.
Bu gün öz ənənəsinə sadiq qalan idarənin əməkdaşları və könüllüləri 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Xanlıqlar Cəfərli kəndlərindən şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət edib, qəbirləri üstünə gül dəstələri düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun məzarı



 

 "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun məzarı


"Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun məzarı





 "Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid Orucov Elşən Ehtiram oğlunun məzarı

 


"Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun məzarı




"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun məzarı


 

"Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cəfərli kənd sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun məzarı


GOYEZEN.AZ



Facebook-da paylaş