• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Sentyabrın 27-dən başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi, İkinci Qarabağ savaşı! Zəfər dolu günlərdən xeyli vaxt keçməsinə baxmayaraq Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olmaq sevincini bu gün də yaşayır və qürur hissi keçirir. Bu sevinci isə bizlərə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bəxş etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı neçə-neçə igid Vətən oğlu doğma torpaq, yurd uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə yüksəldilər. Onlar uca bir məqama çatmaqla həm də öz adlarını hərb tariximizə və xalqın tarixi yaddaşına əbədi həkk etdilər.

Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş qəhrəman oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik.

Yanvarın 25-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən könüllülərin iştirakı ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Birinci Şıxlı kəndindən şəhid olmuş igid Vətən oğullarının məzarları ziyarət olunub.

"Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş kapitan Pənahov Rövşən Mahmud oğlunun, "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Qurbanov Davud Tariyel oğlunun, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Nəsibov Nicat Səməd oğlunun, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”,"Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Həsənov Babək Saleh oğlunun, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Mustafayev Merik Musa oğlunun məzarları ziyarət edilib. Vətən oğullarının məzarlarına tər qərənfillər düzülərək əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Qanları ilə tarix yazan, azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacaqları vurğulanıb, bu cür ziyarətlərin mütəmadi olaraq təşkil olunacağı qeyd edilib.













GOYEZEN.AZ



Facebook-da paylaş