Vətən müharibəsindəki igidliyinə görə "Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları təltif olunan qazaxlı şəhid əsgər Sakit Allahverdiyev
Şəhidlərimizi tanıyaq və
tanıdaq-------------------------------------- Şanlı
Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Qələbə və tarixi Azərbaycan
ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması ilə 2020-ci
il Zəfər salnaməsinin yazıldığı il kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun
sayəsində Zəfər sevincini yaşayan Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq
2020-ci ili Qələbə ili kimi başa vurdu. Azərbaycan Ordusunun əsgər və zabitlərinin,
hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində
göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri
sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir
daha gördü. Əsgər Allahverdiyev Sakit Şahin oğlu da Vətən
müharibəsində uca bir məqama – Şəhidlik zirvəsinə ucalan oğullarımızdandır. Şəhid Sakit Allahverdiyev
24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci
ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin
I sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.
2020-ci ilin yanvar ayının 26-da Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın
azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş "N” saylı hərbi
hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının
atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı
kəndindəki Şəhidlər xiyabanında izdihamla
dəfn edilmişdir. Subay idi. Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit
Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Vətən müharibəsində
iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Sakit
Allahverdiyev də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər
ölmür, əbədi yaşayırlar! Şəhidimizə
Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş