• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda gənclər "VətənimİZ” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.

Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, yaralı qazilərimizə minnətdardır.

44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, şanlı Zəfəri qızıl hərflərlə yazan igid Vətən oğullarının, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirələrini əziz tutmaq, onları yad etmək hər birimizin borcu olmalıdır.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri də şəhidlərimizi, qazilərimizi, onların ailələrini daim diqqətdə saxlayırlar. Fəaliyyətə başladıqları ilk gündən ənənə halını alan bu cür ziyarətlər bu gün də davam etdirilir. Gənclər mütəmadi olaraq, "VətənimİZ” layihəsi çərçivəsində şəhidlərimizin məzarlarını ziyarət edir, ailələrinə baş çəkir, onlara olan vətəndaşlıq borclarını qaytarırlar.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri bu dəfə "VətənimİZ” silsilə fəaliyyətləri çərçivəsində İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qazax rayonunun Xanlıqlar, Cəfərli və Sofulu kəndlərindən olan igid Vətən oğullarının məzarlarını ziyarət ediblər. Gənclər şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, igid Vətən oğullarının ruhlarına olan ehtiramlarını bildiriblər.

"Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid əsgər Orucov Elşən Ehtiram oğlunun məzarı

 

"Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun məzarı

 

 "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun məzarı


 

"Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun məzarı



"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” "Füzulinin azad olunmasına görə” medalları ilətəltif olunmuş Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun məzarı


"Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cəfərli kənd sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun məzarı


"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun məzarı


GOYEZEN.AZ



Facebook-da paylaş