İcra başçısı şəhid İlqar Cəfərovun ailəsini ziyarət edib
Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən igid oğullarımızdan biri də Quşçu Ayrım kənd sakini, şəhid Cəfərov İlqar Dursun oğludur.
Dövlətin, dövlət başçısının şəhid ailələrinə olan qayğısını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə göstərdiyi qayğını İlqar Cəfərovun ailəsindən də əsirgəmir.
Bu gün kənddə keçirilən səyyar görüşdən sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidimizin evində olub, ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən də İlqar Cəfərovun qanının yerdə qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyinivurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun 44 gündə şanlı zəfər tarixi yazaraq böyük Qələbə qazandığını, bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib. İlqar Cəfərov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onların əziz xatirəsinin bundan sonra da daim yad olunacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan icra başçısı həmin qayğının Qazaxda da hər zaman örnək götürüldüyünü, bugünkü ziyarətin kökündə də dövlət qayğısının dayandığını qeyd edib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhid Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi.
GOYEZEN.AZ
Facebook-da paylaş