Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın
müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən igid
oğullarımızdan biri də Quşçu Ayrım kənd sakini, şəhid Cəfərov
İlqar Dursun oğludur.
Dövlətin,
dövlət başçısının şəhid ailələrinə olan qayğısını hər zaman əldə rəhbər tutan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk
gündən şəhid ailələrinə göstərdiyi qayğını İlqar Cəfərovun ailəsindən də
əsirgəmir.
Bu
gün kənddə keçirilən səyyar görüşdən sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov icra aparatının məsul işçiləri, hüquq-mühafizə
orqanlarının rəhbərləri ilə birlikdə şəhidimizin
evində olub, ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən
də İlqar Cəfərovun qanının yerdə qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ
müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyinivurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli
Azərbaycan Ordusunun 44 gündə şanlı zəfər tarixi yazaraq böyük Qələbə
qazandığını, bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib. İlqar
Cəfərov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onların əziz
xatirəsinin bundan sonra da daim yad olunacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan
icra başçısı həmin qayğının Qazaxda da hər zaman örnək götürüldüyünü, bugünkü
ziyarətin kökündə də dövlət qayğısının dayandığını qeyd edib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhid Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu
Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin
1-ci sinifinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə
yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun
Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi.
GOYEZEN.AZ
Geri qayıt
|