Qazaxda 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçirilib
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam
edən Vətən müharibəsi nəticəsində xalqımızın, soydaşlarımızın torpaq, yurd,
Vətən həsrətinə son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44
günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. 8 noyabr 2020-ci il tarixi
Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi yaddaşlara əbədi həkk
olundu. Artıq xalqımız mədəniyyət paytaxtımız olan Şuşanın azad olunduğu günü –
8 noyabr tarixini Azərbaycanda Zəfər Günü kimi qeyd edəcək. Ölkə Prezidenti
İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis
edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il
tarixli Sərəncamı da bu məqsədi daşıyır. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib,
onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər
zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km
sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan
Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər
şəhid verib. Qazaxın 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını
alıb. 8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd
olunur. Həmin tədbirlər çərçivəsində oktyabrın 30-da şəhidlərimizin
uyuduqları şəhər və kənd qəbiristanlıqlarında hər il ənənə şəklini alan
ümumrayon iməciliyi keçirilib. Şəhid məzarlarının da yerləşdiyi həmin
qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılıb. Səliqə-sahman
yaradılaraq, ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər
işlər görülüb. Məlumat üçün onu da qeyd
edək ki, iməcilik oktyabrın 31-də də davam etdiriləcək. Hüseynbəyli kənd
qəbiristanlığı Çaylı kənd qəbiristanlığı
Daş Salahlı kənd qəbiristanlığı
Yuxarı Salahlı kənd
qəbiristanlığı Birinci Şıxlı kənd
qəbiristanlığı
İkinci Şıxlı kənd
qəbiristanlığı
Cəfərli kənd qəbiristanlığı Ağköynək kənd
qəbiristanlığı
Kəmərli kənd qəbiristanlığı Qazaxbəyli kənd
qəbiristanlığı Aşağı Salahlı kənd
qəbiristanlığı Quşçu Ayrım kənd
qəbiristanlığı Fərəhli kənd qəbiristanlığı Qızılhacılı kənd
qəbiristanlığı Dəmirçilər kənd
qəbiristanlığı Abbasbəyli kənd
qəbiristanlığı Alpout kənd qəbiristanlığı Şəhər qəbiristanlığı
GOYEZEN.AZ
Facebook-da paylaş