Qazax Rayon Heydər Əliyev Mərkəzində məktəblilər üçün “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil olunub
Xalqımızın
30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr
tarixi ölkəmizdə Anım Günü olaraq qeyd olunduğu kimi, mədəniyyət paytaxtımız
olan Şuşanın azad olunduğu gün – 8 noyabr tarixi isə hər il Azərbaycanda Zəfər
Günü kimi qeyd ediləcək. Respublika
Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi
haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamı
da bunun əyani sübutudur. 8
Noyabr – Zəfər Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərin həyata keçirilməsinə start
verilib. Oktyabrın 28-də Vətən
müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər
Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində "Hərbi Qənimətlər
Parkı”na virtual ekskursiyaya başlanılıb. Ekskursiyanın ilk
iştirakçıları Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 10-cu
sinif şagirdləri olub. Məktəblilər əvvəlcə
Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin həyatı və
siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.
Sonra Mərkəzin
ekspozisiya zalında yerləşdirilmiş monitorda "Hərbi Qənimətlər Parkı”na virtual
ekskursiya təşkil edilib. Məktəblilərə Azərbaycanın 44 günlük Vətən müharibəsi
haqqında danışılıb, möhtəşəm Zəfərimizə aparan şanlı, şərəfli tariximizin hər
bir səhifəsini əks etdirən mühazirə oxunub. 44 günlük Vətən müharibəsində
qazandığımız tarixi Qələbənin müəllifi olan Ali Baş Komandan İlham Əliyevə, müzəffər
Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz vurğulanıb. GOYEZEN.AZ
Facebook-da paylaş