Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində məktəblilər üçün “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil olunub

Qazax Rayon Heydər Əliyev Mərkəzində məktəblilər üçün “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil olunub


28-10-2021, 19:59


Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü olaraq qeyd olunduğu kimi, mədəniyyət paytaxtımız olan Şuşanın azad olunduğu gün – 8 noyabr tarixi isə hər il Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamı da bunun əyani sübutudur. 

8 Noyabr – Zəfər Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərin həyata keçirilməsinə start verilib.

Oktyabrın 28-də Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyaya başlanılıb.

Ekskursiyanın ilk iştirakçıları Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri olub.

Məktəblilər əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.


 

Sonra Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil edilib. Məktəblilərə Azərbaycanın 44 günlük Vətən müharibəsi haqqında danışılıb, möhtəşəm Zəfərimizə aparan şanlı, şərəfli tariximizin hər bir səhifəsini əks etdirən mühazirə oxunub. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin müəllifi olan Ali Baş Komandan İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz vurğulanıb. 

GOYEZEN.AZ


Geri qayıt