Hərbi Qənimətlər Parkı Zəfərimizin möhtəşəmliyinin göstərcisidir
Azərbaycan öz
tarixi torpaqlarının azad olunması uğrunda XXI əsrin müharibəsini apardı və XXI
əsr tarixinin səhifələrinə ilk və misli bərabəri olmayan Qələbəsini yazdı. Cəmi
44 gün ərzində düşmənə qarşı yüksək psixoloji ruh ilə tətbiq etdiyi taktiki
yeniliklər, müasir silah və texnikadan istifadə hərb sənətində yenilik kimi
dünyanın güc mərkəzlərində bu gün də öyrənilməkdədir. Xalqımızın Vətən müharibəsində
misilsiz qəhrəmanlığını və tarixi Zəfərimizi gələcək nəsillərə çatdırmaq, möhtəşəm
Qələbəmizin əbədiləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 3 dekabr 2020–ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsi
Memorial Kompleksi və Zəfər Muzeyi yaradılmış, Hərbi Qənimətlər Parki
salınmışdır. Paytaxtın Xətai rayonunda salınan və beş hektar ərazini əhatə edən
parkın tikintisinə Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü
ilə bu ilin yanvar ayından başlanılmış, dövlət başçısının göstərişinə əsasən 44
günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq
və möhtəşəm Qələbə tam dolğun öz əksini tapmışdır. Parkdakı eksponatlar
arasında Silahlı Qüvvələrimizin işğaldan azad etdiyi ərazilərdə ermənilərdən qənimət
götürdüyü iki mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində
"Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən
törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin
raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və
yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər–M”
raketinin qalıqları vardır. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət
götürülən hərbi texnikanın bir qismi, ümumilikdə üç yüzdən çox eksponat, o cümlədən
yüz əlliyədək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları,
zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Parkda
düşmənin uzun illər boyu yaratdığı on səddən ibarət müdafiə mövqelərinin real mənzərəsi
canlandırılır. Buraya gələn insanlar 44 günlük Vətən müharibəsi günlərində düşmən
Ermənistan ordusunun döyüş mövqelərindən gətirilmiş, əsgərlərimizin atıcı
silahlardan atdığı güllələrin izlərini özündə saxlayan dəmir mazgalları,
uzunmüddətli dəmir beton atəş nöqtələrini, tank əleyhinə xəndəkləri, tunelləri,
tikanlı məftilləri, səngərləri, sığınacaqları və s. olduğu kimi görəcəklər. Vətən
müharibəsinin gedişatı barədə məlumatları, Azərbaycana zəfər qazandıran döyüşləri
bir daha göz önündə canlandıracaqlar. Hərbi Qənimətlər Parkını ziyarət edən hər
kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır. Bu parkı ziyarət
edən hər kəs Azərbaycanın illər ərzində necə məkrli, qeyri-insani xislətli, vəhşi,
barbar düşmənlə mübarizə apardığının şahidi olacaq. Bununla yanaşı hər bir
ziyarətçi Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü və iradəmizi görəcək. Bu zəfərin
necə çətin əldə edilməsini görəcək. 30 il ərzində işğal etdiyi ərazilərdə möhkəmlənən,
istehkamlar quran, səngərlər, sığınacaqlar qazan, amma bunlara baxmayaraq, Azərbaycan
hərbçilərinin qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi ilə bütün bu maneələri dəf
edərək düşməni diz çökdürməsinin şahidi olacaqlar. Düşmənin vəhşiliyini
unutmaq olmaz. Hərbi Qənimətlər Parkının yaradılması tarixi Qələbənin əbədiləşdirilməsinə
xidmət edən təşəbbüsdür. Bu park müharibənin miqyasını, Qələbəmizin möhtəşəmliyini
bütün dünyaya göstərəcək. Gələcək nəsillər biləcək ki, erməni vandalizmi
insanlığa qarşı cinayətdir. Bu park insanlara son 30 ildə Azərbaycan
torpaqlarında barbarlıq törətmiş düşməni daha yaxşı tanımağa kömək edəcək. Biz
erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Parkın yaradılması məhz bu amala
xidmət edəcək. Şəhərlərimizi dağıdan, məscidlərimizi təhqir edən, qəbirləri
dağıdıb dəfn edilmiş insanların qızıl dişlərini çıxaran, insanlığa qarşı qara ləkə
olan ermənilərin əsl xislətini, 30 illik işğalçılıq siyasətini Zəfər Muzeyi və
Hərbi Qənimətlər Parkının timsalında yaradılmış memarlıq kompleksi gələcək nəsillərə
olduğu kimi çatdıracaqdır. Səidə QOCAYEVA, Qazax Rayon Heydər Əliyev Mərkəzində baş fond mühafizi
Facebook-da paylaş