• Təqvim

  • Unutma

  • Maraq



“Qarabağın incisi Şuşa” başlıqlı “Açıq dərs” keçirilib


Oktyabrın 4-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 sentyabr 2021-ci il tarixli 07/04-1840/2021 nömrəli məktubunun icrası məqsədilə Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində təhsil müəssisələrində "Açıq dərs”lərin keçirilməsinə başlanılıb. Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən "Açıq dərs”lərin təşkil olunmasında əsas məqsəd işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məktəblilərə ətraflı məlumat verməkdir.

Layihə çərçivəsində Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VIII sinif şagirdləri üçün "Qarabağın incisi Şuşa” başlıqlı "Açıq dərs” keçirilib.

Məktəblilərə 8 noyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun azad etdiyi, Qarabağın incisi olan Şuşanın tarixi, adət-ənənələri, musiqisi, tanınmış şəxsiyyətləri və s. haqqında geniş məlumat verilib. Həmçinin, Şuşanın tarixini, coğrafiyasını özündə əks etdirən kitab və xəritələr dərsdə nümayiş etdirilib.

Dərsin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş