8 Noyabr – Zəfər Günü ərəfəsində Qazaxda şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçiriləcək
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin
əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi
iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin
dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan
torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik
təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma
yurd-yuvasından didərgin düşmüşdür. Lakin 2020-ci ilin 27 sentyabrında başlayan
və 44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımızın, soydaşlarımızın
torpaq, yurd, Vətən həsrətinə son qoyuldu. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı
ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə etdi. 8 noyabr 2020-ci
il tarixi Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi yaddaşlara
yazıldı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən
əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı,
Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.
Və 10 noyabr 2020-ci il yaddaşlara tarixi Qələbə kimi həkk olundu. Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən
müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü olaraq qeyd olunduğu
kimi, mədəniyyət paytaxtımız olan Şuşanın azad olunduğu gün – 8 noyabr tarixi
Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamı da bunun əyani
sübutudur. Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd
edildiyi kimi: "Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək,
Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb
keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı
və canı bahasına azad edildi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi
gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin
edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb
tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi
yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində
tarixi zəfər çaldı”. Bu
Sərəncam xalqımızın qüdrətinin və
milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı
baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsinə
ən böyük töhfədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib,
onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər
zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km
sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan
Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər
şəhid verib. Qazaxın 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını
alıb. 8 Noyabr – Zəfər Günü ilə bağlı respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərin
həyata keçirilməsinə başlanılıb. Həmin tədbirlər çərçivəsində şəhidlərimizin
uyuduqları şəhər və kənd qəbiristanlıqlarında hər il ənənə şəklini alan ümumrayon
iməciliyi keçiriləcək. 30-31 oktyabr 2021-ci il tarixində şəhidlərimizin
məzarlarının da yerləşdiyi həmin qəbiristanlıqların içərisində və ətrafında
təmizlik, abadlıq işləri aparılacaq. Səliqə-sahman yaradılaraq, ərazi iri
otlardan, kol-kosdan təmizlənəcək, ehtiyac olan digər işlər görüləcək. GOYEZEN.AZ
Facebook-da paylaş