Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçirilib
Qazaxda 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçirilib30-10-2021, 17:43 |
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımızın, soydaşlarımızın torpaq, yurd, Vətən həsrətinə son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. 8 noyabr 2020-ci il tarixi Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi yaddaşlara əbədi həkk olundu. Artıq xalqımız mədəniyyət paytaxtımız olan Şuşanın azad olunduğu günü – 8 noyabr tarixini Azərbaycanda Zəfər Günü kimi qeyd edəcək. Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamı da bu məqsədi daşıyır. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər şəhid verib. Qazaxın 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur. Həmin tədbirlər çərçivəsində oktyabrın 30-da şəhidlərimizin uyuduqları şəhər və kənd qəbiristanlıqlarında hər il ənənə şəklini alan ümumrayon iməciliyi keçirilib. Şəhid məzarlarının da yerləşdiyi həmin qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılıb. Səliqə-sahman yaradılaraq, ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. Məlumat üçün onu da qeyd edək ki, iməcilik oktyabrın 31-də də davam etdiriləcək. Hüseynbəyli kənd qəbiristanlığı
Çaylı kənd qəbiristanlığı
Daş Salahlı kənd qəbiristanlığı
Yuxarı Salahlı kənd qəbiristanlığı
Birinci Şıxlı kənd qəbiristanlığı
İkinci Şıxlı kənd qəbiristanlığı
Cəfərli kənd qəbiristanlığı
Ağköynək kənd qəbiristanlığı
Kəmərli kənd qəbiristanlığı
Qazaxbəyli kənd qəbiristanlığı
Aşağı Salahlı kənd qəbiristanlığı
Quşçu Ayrım kənd qəbiristanlığı
Fərəhli kənd qəbiristanlığı
Qızılhacılı kənd qəbiristanlığı
Dəmirçilər kənd qəbiristanlığı
Abbasbəyli kənd qəbiristanlığı
Alpout kənd qəbiristanlığı
Şəhər qəbiristanlığı
GOYEZEN.AZ Geri qayıt |