Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiyaya start verilib
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın
27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal
altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları
həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında
səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən
döyüşlər, qüdrətli Ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri,
eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin
müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi
xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Şanlı ordumuzun qazandığı
tarixi Qələbədən artıq 1 il ötür. Xalqımız ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrı Zəfər Günü
kimi qeyd edəcək.
8 Noyabr – Zəfər Günü ilə
bağlı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
silsilə tədbirlər həyata keçirilir. Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi
ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq keçirilən silsilə tədbirlərdən
biri də Qazax Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan "Açıq qapı"
aksiyasıdır. 28 oktyabrdan "Tariximizi öyrənək" adı
altında start götürən "Açıq qapı” aksiyasının ilk ziyarətçiləri Qazax şəhər Namiq
Vəliyev adına 5 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri olub. Məktəblilər muzeylə, eləcə də Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsi və Birinci
Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından tanış
olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın igid, qəhrəman oğlunun
xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks
etdirdiyi diqqətə çatdırılıb. Qazaxın tarixi, dünəni, bu günü barədə ətraflı məlumat
verilib.
Muzeyin direktoru Gülnaz Alişanova dövlətimizin
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan
Ordusunun gücü, qüdrəti sayəsində artıq torpaqlarımızın işğal günlərini deyil,
işğaldan azad olunduqları tarixləri qürurla qeyd etdiyimizi bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş
Komandan İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə
borclu olduğumuzu bildirib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür ziyarətlərin
əhəmiyyətini vurğulayıb. Sonra
məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirərək ehtiramlarını
bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş