XXI əsrin “qadın lider” obrazı - Mehriban xanım Əliyeva
Azərbaycanın şanlı tarixinin müəyyən
dövrlərində dövlətçiliyin inkişafında, xalqın mənəvi dəyərlərinin
formalaşmasında fəal
iştirak edərək öz töhfələrini vermiş və bütün azərbaycanlıların örnək kimi
qəbul edib fəxarətlə, qürurla yad etdikləri qadınlar olub və indi də vardır.
Qoca tarix bizə bacarıqlı, ağıllı, müdrik, qəhrəman qadınlardan çox bəxş edib.
Onların hər biri dövlətlərin, cəmiyyətlərin taleyində, xalqların taleyüklü
məsələlərin həllində mühüm rol oynayıb, bir çoxlarının adları isə tarixin
səhifələrinə qızıl hərflərlə yazılıb. XX əsrdə yüksək mənəvi məsuliyyət
hissi ilə bu tarixi missiyanı öz zərif çiyinlərində daşımaqla şərəflə, əzmlə
dövlətə və xalqa xidmət mücəssəməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Azərbaycanın diplomatiya tarixində kifayət qədər qadın hökmdarlar olublar.
Tomris, Nüşabə, Tuti Bikə, Sara Xatun, Dəspinə Xatun, Mehinbanu Sultan qürurlu
tarix səhifələrimizin nadir zərif inciləridir. Müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik
ənənələrinin möhkəmlənməsi, cəmiyyətin ictimai–siyasi mədəni həyatında və idarəetmə
sistemində fəal mövqeyi ilə Mehriban xanım Əliyevanın fəaliyyəti müasir
tariximizdə Azərbaycan qadınının daha fərqli, daha mükəmməl obrazını gələcək
nəsillərə ötürür. Bu gün Mehriban xanım Əliyeva müasir Azərbaycanın
ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ölkənin müstəqilliyi və
tərəqqisinə müstəsna töhfələr vermək kimi tarixi missiyanı həyata keçirir.
Mehriban xanım qadın, ana və yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi
kimi dünyada Azərbaycan qadınının ümumiləşmiş obrazının müəllifidir. Onun qadın
lider olaraq formalaşması həm öz istedadı, mükəmməl təhsili, həm də taleyinə
yazılmış Ulu Öndər Heydər Əliyev kimi böyük dahi siyasətçinin həyat və siyasət
məktəbindən dərs alması ilə səciyyələnir. Məhz onun fəaliyyəti nəticəsində
Azərbaycanda "qadın lider” fenomeni və idarəetmədə "qadın rəhbər” obrazı
təşəkkül tapdı. Bu gün cəmiyyətin bütün sahələrində Azərbaycan qadını həm
anadır, həm siyasətçidir, həm iş adamı, həm dövlət məmurudur. Mehriban Əliyeva
ölkənin birincixanımı olmaqla yanaşı, həm
də Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının sədr
müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli
Məclisinin deputatı, 2004-cü ildən bu günə qədər Ulu Öndərin adını daşıyan
Fondun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə
Komitəsinin üzvü, nüfuzlu beynəlxalq təşkilatlar olan UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiridir.
Mehriban xanım Əliyeva 2017-ci ildən isə Azərbaycan Respublikasının Konstitusiyasında
təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra edir. Prezident İlham
Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın
sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi
vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir.
Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa
müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə
genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir
səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.
Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki,
maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən
ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.
Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla
məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol
oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni
irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən
məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı
dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və
tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider
portretini uğurla tamamlayır. Bu günə qədər təhsil, səhiyyə,
mədəniyyət, sosial, idman və s. sahələri əhatə edən irimiqyaslı saysız
layihələrin müəllifidir. Təkcə lider və ictimai xadim yox, həm də gözəllik,
xeyirxahlıq, şəfqət və mərhəmət simvoludur. Xalqın maraqlarının müdafiəsinə
yönəldilmiş hərtərəfli fəaliyyətlə məşğul olan, milli ailə ənənələrini yaşadan
zəngin, mənəvi və intellektual potensiala malik əsl Azərbaycan qadını - Azərbaycan Respublikası Prezidentinin ən yaxın
silahdaşıdır. Başında örpək şəhid anaları ilə
görüşəndə də, əynində ağ xalat, şəfaya ehtiyacı olanlara baş çəkəndə də, rəsmi
dövlət tədbirlərində də, hərbi paltarda riskli ərazilərə səfərində də, qəlbində söykənmiş Quranla məscidləri
ziyarət edəndə də, qibtə doğuracaq qabiliyyətlə dünyada Azərbaycan qadınının dövlətdə və
cəmiyyətdəki rolu haqqında real mənzərə yaradır. Onun rəhbərliyi altında xeyli sayda
əhəmiyyətli layihələr həyata keçirilib. Bütün bu layihələr xalqımızın və
dövlətimizin mənafeyinə xidmət edib. Onun müəllifi olduğu layihələrin əsasında
insan amili, cəmiyyətdən və əhalidən gələn sosial sifarişlər dayanır. Onun
təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata
keçirilir. Bütün fəaliyyəti boyu Heydər Əliyev ideyalarına əsaslanaraq
Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə, ölkənin
ictimai həyatının bütün sahələrində əhəmiyyətli təşəbbüslər irəli sürərək mühüm
işlərə imza atıb. Xeyirxahlıq, mərhəmət,
insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz
tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət
mükafatlarına – "Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq
görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq
qeyd etmək olar: Fransanın "Şərəf Legionu”, Rusiyanın "Dostluq” və "Həştərxan
vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın "Xidmətlərə görə” Böyük Xaç
Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın "Xidmətlərə görə”
Böyük Komandor Xaçı, Pakistanın "Hilal-e Pakistan”, Serbiyanın "Sreten”,
Macarıstanın "Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II
dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun "Qızıl
Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı,
Krans Montana Forumunun Qızıl medalı və "Prix de la Fondation” mükafatı, Avropa
Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin
"Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl
medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə
Komitəsinin mükafatı, "Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya
Akademiyasının "Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq
Federasiyasının fəxri mükafatı. Mehriban xanım Əliyeva, eyni
zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına
Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş