İcra başçısı Bala Çaylı kəndindən olan bir qrup vətəndaşın müraciəti ilə yerində tanış olub
Son illər Azərbaycanda
dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş
amili respublikamızın hər yerində əsas götürülür. Ölkə Prezidenti cənab İlham
Əliyevin hər zaman rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti
zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim
təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların
qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil
aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bir daha onu
sübut edir ki, Azərbaycan dövləti olaraq həyata keçirilən bütün işlərin
əsasında vətəndaş məmnunluğu
dayanır. Bu gün əminliklə vurğulaya bilərik ki, ölkə başçısının
söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi
dəyərli fikirləri Qazaxda da öz real əksini tapır. Rayonda vətəndaş amili hər zaman ön planda tutulur, sakinlərin
qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşılır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun Bala Çaylı kəndindən olan bir qrup sakinin müraciəti ilə yerində tanış olması, onları narahat edən məsələni dinləməsi vətəndaşlara
göstərilən qayğının əyani təzahürüdür. İcra aparatının
məsul işçiləri, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifovla birlikdə vətəndaşların suvarma suyu ilə bağlı müraciətlərini
diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən
müraciətə həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli ilə
əlaqədar lazımi tədbirlərin görülməsi istiqamətində aidiyyəti üzrə müvafiq
tapşırıqlarını verib. Kənd sakinlərindən Sirac Nuruyev, Əsəd Axundov, Zəfər
Nağıyev, Ələs Mərdalıyev onlara göstərilən diqqətə, qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Müraciətlərinə operativ şəkildə baxılmasına görə razılıqlarını ifadə ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş