İcra başçısı Kür çayının daşması ilə əlaqədar Aşağı Salahlı kəndində olub və vətəndaşların problemləri ilə yerində maraqlanıb
Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda vətəndaş amili
dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublika
Prezidenti cənab İlham Əliyevin hər zaman rəhbər vəzifəli şəxsləri qəbul edərkən
onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər,
onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd
camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların
problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə
verdiyi tapşırıq və tövsiyələr də bir daha onu göstərir ki, müstəqil Azərbaycan
dövlətinin yürütdüyü uğurlu siyasətin əsasında məhz vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, ölkə
Prezidentinin söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə
yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini
tapmaqdadır. Rayonda
vətəndaş amili hər zaman ön planda tutulur, sakinlərin qaldırdıqları hər bir
məsələyə daim həssaslıqla yanaşılır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Kür çayının daşması ilə əlaqədar bir qrup Aşağı Salahlı kənd sakininin müraciətinə əsasən həmin kənddə
olub. İcra aparatının məsul işçiləri və Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd
Vəkilovla birlikdə vətəndaşların problemləri ilə yerində maraqlanıb. Vətəndaşların Kür çayının daşması səbəbindən çaya
yaxın ərazidə yerləşən pay torpaq sahələrinin yuyulmasının qarşısının alınması
ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi,
bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan
məsələnin həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini qeyd edən rayon
rəhbəri bu istiqamətdə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib və nəzarətdə
saxlanılacağını vurğulayıb. Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya görə
ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Müraciətlərinə operativ şəkildə baxılmasına görə razılıqlarını ifadə ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş