Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Bala Çaylı kəndindən olan bir qrup vətəndaşın müraciəti ilə yerində tanış olub
İcra başçısı Bala Çaylı kəndindən olan bir qrup vətəndaşın müraciəti ilə yerində tanış olub12-04-2021, 19:58 |
Son illər Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amili respublikamızın hər yerində əsas götürülür. Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bir daha onu sübut edir ki, Azərbaycan dövləti olaraq həyata keçirilən bütün işlərin əsasında vətəndaş məmnunluğu dayanır. Bu gün əminliklə vurğulaya bilərik ki, ölkə başçısının söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini tapır. Rayonda vətəndaş amili hər zaman ön planda tutulur, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Bala Çaylı kəndindən olan bir qrup sakinin müraciəti ilə yerində tanış olması, onları narahat edən məsələni dinləməsi vətəndaşlara göstərilən qayğının əyani təzahürüdür. İcra aparatının məsul işçiləri, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifovla birlikdə vətəndaşların suvarma suyu ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli ilə əlaqədar lazımi tədbirlərin görülməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Kənd sakinlərindən Sirac Nuruyev, Əsəd Axundov, Zəfər Nağıyev, Ələs Mərdalıyev onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Müraciətlərinə operativ şəkildə baxılmasına görə razılıqlarını ifadə ediblər.
GOYEZEN.AZ Geri qayıt |