Qazaxda aparılan quruculuq işləri gündən-günə daha geniş miqyas alır
Son
illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata
keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin bölgələrində genişmiqyaslı
yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilir. Bu işlər sayəsində şəhər
və kəndlərin siması tanınmaz dərəcədə dəyişir. Bu gün tam əminliklə dəyə bilərik
ki, ölkə
başçısının diqqət və qayğısı sayəsində Qazax rayonu da özünün intibah dövrünü yaşayır. Rayonda aparılan
abadlıq və quruculuq işlərinin gündən-günə daha geniş miqyas alması, yeni
asfalt vurulan küçələrin, "Abad məhəllə”lərin sayının artması bu dediklərimizin
əyani sübutudur. Xəbər verdiyimiz kimi, "Azərsu” Açıq
Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi
yenidən qurulur ki, bu sahədə işlər sürətlə davam etdirilir. Şəhərdə nəinki su
və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda işlərin başa
çatdırıldığı küçələrdə abadlıq işləri görülür, küçələrə yeni asfalt örtüyü çəkilir,
binaların həyətlərinə beton vurulur, asfalt döşənir. Molla Pənah
Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi küçələrində yeni bardürlərin düzülməsi, asfalt örtüyün vurulması bu
dediklərimizin bariz nümunəsidir. Şəhərdə yeni asfalt döşənəcək küçələrin
siyahısına Əliağa Şıxlinski küçəsi də əlavə olunub ki, burada ilkin olaraq
bardürlərin düzülməsi işi aparılır. Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış
binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına
verilir. Nəriman Nərimanov yaşayış
massivində yerləşən binaların
həyətində görülən işlər də bunun əyani sübutudur. Hazırda su-kanalizasiya
sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən
beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq
küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı, Bağanıs Ayrım kəndindən
məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər
sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı çoxmənzilli
yaşayış binalarının həyətində aparılan abadlıq işləri onu söyləməyə əsas verir
ki, şəhərdə "Abad məhəllə”lərin sayı duramadan artır. Təqdirəlayiq hal isə odur ki, rayon rəhbərliyi istər su və
kanalizasiya sisteminin çəkilişini, istərsə də görülən işləri daim diqqət mərkəzində
saxlayır. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də abadlıq-quruculuq işləri aparılan ərazilərdə olub, görülən
işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə yerində tanış olan
icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti
üzrə tapşırıqlarını verib. Qazaxda aparılan tikinti-quruculuq işləri rayon
sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Bütün bu işlərə görə ölkə
başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Rayonda görülən
işlərin keyfiyyətini hər zaman diqqət mərkəzində saxladığı üçün rayon
rəhbərliyinə razılıqlarını ifadə edərək təşəkkürlərini çatdırırlar. Azadlıq küçəsi
Zeynalabdin Tağıyev küçəsi
Əminə Dilbazi küçəsi
Murtuz Carçıyev küçəsi
Ş.Xiyabanı küçəsi 12 saylı bina
Ş.Xiyabanı küçəsi 14 saylı bina
Ş.Xiyabanı küçəsi 25 saylı bina
Ş.Xiyabanı küçəsi 27 saylı bina GOYEZEN.AZ
Facebook-da paylaş