İcra başçısı “Azərxalça” ASC-nin Qazax filialında olub
Respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da tarixən Azərbaycan xalqının məişətinin
ayrılmaz hissəsi, milli mədəniyyətinin bariz nümunəsi olan xalçaçılıq sənəti bu
gün də yaşadılır. Respublika Prezidenti cənab İlham
Əliyevin xalçaçılıq sənətinin inkişaf
etdirilməsi, bu sahənin əvvəlki şöhrətinin bərpa olunması istiqamətində gördüyü
məqsədyönlü işlər Qazaxda da yüksək minnətdarlıq hissi ilə qarşılanır. Dövlət
başçısının 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf
etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu
istiqamətdə atılan uğurlu addımlar kimi qiymətləndirilir. Bu gün hər bir
rayon sakini, xüsusilə də xalçaçılar şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən
tikilib istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça
müəssisəsini onlara göstərilən qayğının nəticəsi olaraq
dəyərləndirirlər. Bu gün artıq müəssisədə 100-dən çox xalçaçı çalışır. Qısa müddət
ərzində xalçaçılar uğurlar da qazanıb. "Xalçaçı günü” münasibətilə müəssisədə
çalışan Rahilə Əsgərova, Fatma Ləzgiyeva və Xalidə Yolçuyevanın "Azərxalça”
ASC-nin Fəxri Fərmanı ilə təltif olunması bu söylədiklərimizin bariz
nümunəsidir. Rayon rəhbərliyi də müəssisə fəaliyyətə
başlayan ilk gündən xalçaçılara daim diqqət və qayğı göstərir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də xalça
müəssisəsində olub, burada çalışan xalçaçılarla görüşüb, onların qayğıları ilə
maraqlanıb. "Azərxalça” ASC-nin Qazax filialının direktoru Razim İbrahimov mütəmadi olaraq
onlara baş çəkdiyinə, daim qayğıları ilə maraqlandığına görə xalçaçılar adından
rayon rəhbərinə minnətdarlığını bildirib. Ölkə rəhbəri tərəfindən bu cür xalça
müəssisələrinin yaradılmasını vətəndaşların sosial rifah halının
yaxşılaşdırılması istiqamətndə atılan ən uğurlu addım kimi qeyd edib. Bildirib ki, bu gün bu müəssisədə çalışan hər
bir işçi bir ailəni təmsil edir. Bu isə o deməkdir ki, ölkə başçımız hər bir
Azərbaycan ailəsini düşünür və onların maddi rifah halının yaxşılaşdırılması
istiqamətində mühüm addımlar atır.
GOYEZEN.AZ
Facebook-da paylaş