İcra başçısı xalçaçıların Novruz bayramını təbrik edib
Xalçaçılıq
sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi,
həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Bu sənət və hər bir xalça
toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşünü və inancları ilə
bağlı simvolları əks etdirib. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi
mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, bu sahə də dövlətimizin diqqət mərkəzindədir və qayğısı ilə
tam əhatə olunub. Respublikamızın bütün bölgələrində olduğu
kimi, Qazax rayonunda da bütün sahələrlə yanaşı, xalçaçılığın inkişafına diqqət
və qayğı göstərilir. Şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilib
istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça müəssisəsi
buna əyani sübutdur.
Bu gün Xalça
müəssisəsində milli bayramımız olan Novruz bayramı münasibətilə tədbir
keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram münasibətilə
Xalça müəssisəsinə gəlib. Müəssisədə çalışanlar rayon rəhbərliyini alqışlarla,
böyük səmimiyyətlə qarşılayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək xalçaçıları qarşıdan
gələn Novruz bayram münasibətilə təbrik edib. Yeni ilin ilk müjdəçisi olan bu
milli bayramda hər kəsə yeni-yeni uğur və nailiyyətlər qazanmağı arzu edib. Rayon rəhbəri qeyd
edib ki, milli
adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən ulu öndərin
söylədiyi kimi "Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün
dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan
xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın
müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə,
adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz
tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
İcra başçısı qeyd edib ki, hazırda bu ənənələr
Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi
dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram
şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı
tonqalı alovlandırması bayram ovqatını daha da artırır. "Novruz gələcəyə inam
hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah,
mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun
insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edib. Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq
səviyyədə də qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə
BMT Baş Məclisi tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.
Azərbaycanda xalçaçılıq sənətini yaşadanlara lazımi
şərait yaradıldığını qeyd edən icra başçısı ölkəmiz ikinci dəfə müstəqillik
qazandıqdan və ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışından sonra da xalçaçılığın inkişafında yeni mərhələ başladığını
bildirib. Bu gün isə ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyevin də bu sahənin inkişaf etdirilməsi və əvvəlki şöhrətinin bərpa
olunması istiqamətində məqsədyönlü işlər gördüyünü vurğulayıb. Məhz 5 may
2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
yaradılmasını, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və
inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq
edilməsini bu istiqamətdə atılan uğurlu addımların bariz nümunəsi kimi
qiymətləndirib. İcra
başçısı bildirib ki, cəmiyyət tərəfindən ilkin mərhələdə "Azərxalça”nın Füzuli
(Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı,
Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu.
2016-2017-ci illərdə həmin rayonlarda binaların tikintisinin başa çatdırılması,
filialların fəaliyyətə başlaması bir daha sübut etdi ki, xalçaçılıq sənətinin
inkişaf etdirilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Rayon rəhbəri bölgələrimizdə yüzlərlə insanın
çalışması üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə, "Azərxalça" Açıq Səhmdar
Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradova rayon ictimaiyyəti və xüsusilə
də müəssisədə çalışan xalçaçıların adından minnətdarlığını bildirib.
"Azərxalça” ASC-nin Qazax filialının direktoru Nazim İbrahimov da rayon
rəhbərliyini və rəhbərlik etdiyi kollektivi Novruz bayramı münasibətilə səmimi
qəlbdən təbrik edib. Ötən il xalçaçıların peşə bayramlarını, bu gün isə Novruz
bayramlarını təbrikə gəldiyinə və bugünkü günü onlara yaşatdığına görə bütün
xalçaçılar adından rayon rəhbərliyinə dərin minnətdarlığını çatdırıb. Fəaliyyətləri
barədə məlumat verən filial direktoru bildirib ki, müəssisə istifadəyə
verildikdən dərhal sonra xalça toxunulmasına başlanılıb. Qeyd edib ki, artıq
fabrikdə 100-dən çox xalçaçı çalışır. Qısa müddət ərzində xalçaçılar uğurlar
qazanıblar. "Xalçaçı günü” münasibətilə müəssisədə çalışan Rahilə Əsgərova,
Fatma Ləzgiyeva və Xalidə Yolçuyeva "Azərxalça” ASC-nin Fəxri Fərmanı ilə
təltif olunublar.
Xalçaçılar adından çıxış edən baş usta,
toxucu Rahilə Əsgərova rayonumuzda görülən işlər barədə danışaraq qeyd edib ki,
Qazaxda bütün işlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun
olaraq həyata keçirilir. Bu gün Qazaxda genişmiqyaslı tikinti-quruculuq işləri
görülür. Yeni iş yerlərinin açılması, əhalinin işlə təmin olunması
istiqamətində də əhəmiyyətli dərəcədə işlər həyata keçirilir. Xalça fabrikinin
tikilməsi və işə salınması, bizlərin işlə təmin olunması buna əyani sübutdur. Bu
gün bu müəssisədə çalışan hər bir işçi bir ailəni təmsil edir. Bu isə o
deməkdir ki, ölkə başçımız hər bir Azərbaycan ailəsini düşünür və onların maddi
rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Son iki ayda
bir-birinin ardınca imzalanan Sərəncam və Fərmanlar da bu işlərin bariz
nümunəsidir. Yeni müəssisədə onların işləmələri üçün hər cür şərait
yaradıldığını qeyd edən xalçaçı Qazaxda belə bir istehsalat müəssisəsinin
yaradılmasına görə Prezident İlham Əliyevə bütün xalçaçılar adından öz dərin
minnətdarlığını bildirib. Sonra rayon rəhbərliyi filialın kollektivi tərəfindən
təqdim olunan bayram süfrəsində iştirak edib. Sonda kollektivlə xatirə şəkli
çəkdirilib. GOYEZEN.AZ
Rayon
rəhbəri diqqətə çatdırıb ki, 2016-cı il noyabrın 12-də Füzuli rayonunda "Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının, 2017-ci il avqustun
20-də "Azərxalça” ASC-nin Şəmkir filialının,dekabrın 7-də "Azərxalça” ASC-nin Quba filialının,
2018-ci il mayın 4-də "Azərxalça” ASC-nin Xaçmaz filialının, avqustun 25-də isə "Azərxalça” ASC-nin İsmayıllı filialının, oktyabrın 15-də "Azərxalça” ASC-nin Lənkəran filialının, noyabrın
5-də "Azərxalça” ASC-nin Ağdam filialının açılış mərasimlərində
iştirak edən Prezident İlham Əliyevin xalçaçılarla görüşməsi, onların əməyini
yüksək qiymətləndirməsi bu sahəyə verilən dəyərin ən böyük təzahürüdür.
Facebook-da paylaş