Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı “Azərxalça” ASC-nin Qazax filialında olub

İcra başçısı “Azərxalça” ASC-nin Qazax filialında olub


1-10-2019, 20:25


Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da tarixən Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, milli mədəniyyətinin bariz nümunəsi olan xalçaçılıq sənəti bu gün də yaşadılır. Respublika Prezidenti cənab İlham Əliyevin xalçaçılıq sənətinin inkişaf etdirilməsi, bu sahənin əvvəlki şöhrətinin bərpa olunması istiqamətində gördüyü məqsədyönlü işlər Qazaxda da yüksək minnətdarlıq hissi ilə qarşılanır. Dövlət başçısının 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə atılan uğurlu addımlar kimi qiymətləndirilir. Bu gün hər bir rayon sakini, xüsusilə də xalçaçılar şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça müəssisəsini onlara göstərilən qayğının nəticəsi olaraq dəyərləndirirlər. Bu gün artıq müəssisədə 100-dən çox xalçaçı çalışır. Qısa müddət ərzində xalçaçılar uğurlar da qazanıb. "Xalçaçı günü” münasibətilə müəssisədə çalışan Rahilə Əsgərova, Fatma Ləzgiyeva və Xalidə Yolçuyevanın "Azərxalça” ASC-nin Fəxri Fərmanı ilə təltif olunması bu söylədiklərimizin bariz nümunəsidir.

Rayon rəhbərliyi də müəssisə fəaliyyətə başlayan ilk gündən xalçaçılara daim diqqət və qayğı göstərir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də xalça müəssisəsində olub, burada çalışan xalçaçılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.

"Azərxalça” ASC-nin Qazax filialının direktoru Razim İbrahimov mütəmadi olaraq onlara baş çəkdiyinə, daim qayğıları ilə maraqlandığına görə xalçaçılar adından rayon rəhbərinə minnətdarlığını bildirib. Ölkə rəhbəri tərəfindən bu cür xalça müəssisələrinin yaradılmasını vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətndə atılan ən uğurlu addım kimi qeyd edib. Bildirib ki, bu gün bu müəssisədə çalışan hər bir işçi bir ailəni təmsil edir. Bu isə o deməkdir ki, ölkə başçımız hər bir Azərbaycan ailəsini düşünür və onların maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır.




 

GOYEZEN.AZ


Geri qayıt