• Təqvim

  • Unutma

  • Maraq



Xalçaçılar minnətdarlıq ediblər

Xalçaçılar minnətdarlıq ediblər
Qazax şəhərinin mərkəzində “Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş Xalça müəssisəsi ilk gündən səmərəli fəaliyyət göstərir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev xalçaçıların fəaliyyəti ilə tanış olmaq üçün müəssisəyə gəliblər.

Müəssisənin direktoru Nazim İbrahimov məlumat verərək bildirib ki, müəssisə istifadəyə verildikdən dərhal sonra xalça toxunulmasına başlanılıb. Qeyd edib ki, artıq fabrikdə 100-dən çox xalçaçı çalışır. Qısa müddət ərzində xalçaçılar uğurlar qazanıblar. “Xalçaçı günü” münasibətilə müəssisədə çalışan 3 xalçaçı “Azərxalça” ASC-nin Fəxri Fərmanı ilə təltif olunub.

Müəssisədə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında “Xalçaçı günü” yüksək səviyyədə qeyd olunmuş və bütün xalçaçılara rayon rəhbərliyi adından gül dəstələri verilmişdir. Eyni zamanda, ölçüsü 25 kv.m olan böyük bir xalçanın təqdimatı olmuş, iplər kəsildikdən sonra xalça istifadəyə verilmişdir.

Xalçaçılar Qazaxda belə bir istehsalat müəssisəsinin yaradılmasına, yeni iş yerlərinin açılması və əhalinin işlə təmin olunmasına görə Prezident İlham Əliyevə bütün xalçaçılar adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Xalçaçılar minnətdarlıq ediblər
Xalçaçılar minnətdarlıq ediblər
Xalçaçılar minnətdarlıq ediblər
Xalçaçılar minnətdarlıq ediblər
Xalçaçılar minnətdarlıq ediblər
Xalçaçılar minnətdarlıq ediblər
GOYEZEN.AZ


Facebook-da paylaş