Sərhəddə yaşayan sakinlərə hər zaman diqqət və qayğı göstərilir
Ermənistanla 168 km sərhəddi olan Qazax rayonununbu gün 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. Rayon Vətən torpaqlarının
ərazi bütövlüyü uğrunda 285 şəhid verib. 7 Milli Qəhrəmanı var. Bütün bunlarla
yanaşı, rayonun 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır.Hər zaman
düşmən atəşinə məruz qalan kəndlərdən biri də Quşçu Ayrım kəndidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə, orada yaşayan
sakinlərə xüsusi diqqət və qayğı ilə yanaşır. İstər yaşayış şəraitlərinin
yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində
əhəmiyyətli tədbirlər həyata keçirir. Rayon rəhbərliyi tərəfindən yaranmış
təhlükəli vəziyyəti nəzərə alaraq ilk növbədə atəş nöqtələrinə ən yaxın
məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi, düşmən
gülləsinə tuş gələn pəncərələrin bağlanması və bunun kimi bir sıra işlər bu dediklərimizin
əyani sübutudur. Bu gün sevindirici hallardan biri isə odur
ki, sərhəddə yaşayan sakinlərə rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və
qayğı nəinki kənd sakinləri, eləcə də Azərbaycanın hüdudlarından kənarda yaşayan
soydaşlarımız tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Rayonda, xüsusən də sərhəd kəndlərində
aparılan abadlıq işlərini böyük rəğbətlə qarşılayan və görülən işlərə dəstək
olmaq istəyən həmyerlilərimizdən biri də Rusiya Federasiyasının Sverdlovsk
vilayətində yaşayan sahibkar Allahquliyev Hüseyn Pəsən oğludur. Daş Salahlı
kəndində doğulub boya-başa çatan bu eloğlumuz respublikamızda, o cümlədən də
Qazaxda görülən işləri hər zaman yüksək qiymətləndirdiyini bildirərək bu işlərə
dəstək olmaq istədiyini bildirən zaman rayon rəhbəri yenə də ilk növbədə
sərhəddə yaşayan sakinlərin qayğılarını düşündü və düşmən gülləsindən zərər
çəkmiş evlərin dam örtüklərinin yenilənməsi təklifini irəli sürdü. Bəli, bu gün həmin təklif sərhəddə yerləşən
Quşçu Ayrım kənd sakinlərinin böyük sevincinə səbəb olub. Belə ki, həmyerlimiz
bayram ərəfəsində kənd sakinlərini sevindirib. Dam örtüklərinin yenilənməsi
üçün 193 ailəyə 2414 ədəd yeni şifer göndərib. Bu gün həmin dam örtükləri öz sahiblərinə
paylanılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bununla əlaqədar Quşçu Ayrım kəndində olub, sakinlərlə görüşüb. Qarşıdan
gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını
çatdırıb. Rayon rəhbəri bildirib ki, bu gün nəinki dövlətimiz, ölkə başçımız,
eləcə də ürəyi Azərbaycanla, Qazaxla döyünən digər soydaşlarımız da sərhəddə
yaşayan sakinlərə qayğı göstərir. Bu gün bizlər bu qayğının bariz nümunəsini
sizlərlə birlikdə görürük.
İcra başçısı bu gün sakinlər üçün yaşanılan
sevincli anlara, eləcə də rayonda görülən işlərə verdiyi qiymətə və dəstəyə
görə həmyerlimiz Hüseyn Allahquliyevə kənd sakinləri adından minnətdarlığını
çatdırıb. Sevinc dolu anlar yaşayan kənd sakinləri də
ürək sözlərini çatdıraraq hər zaman onlara göstərilən diqqət və qayğıya görə Respublika
Prezidenti İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə bütün kənd sakinləri
adından dərin minnətdarlıqlarını bildiriblər. Dam örtüklərinin dəyişdirilməsi
üçün etdiyi köməyə görə E.Allahquliyevə təşəkkürlərini çatdırıblar. Qeyd
ediblər ki, bu gün biz sakinlər bizlərə olan qayğını görən zaman daha da
ruhlanırıq. Hiss edirik ki, dövlətimiz və dövlət başçımız, həmçinin, rayon
rəhbərimiz arxamızda dayanıb. Bu cür həmyerlilərimiz sayəsində diqqət və qayğı
ilə əhatə olunuruq. Bu, biz sakinlərə daha da güclü olmağa və düşmən qarşısında
rahat şəkildə yaşamağa stimul verir. Ölkə başçısının diqqət və qayğısını hər
zaman hiss edən kənd sakinləri Ali Baş Komandanın əmri ilə öz doğma kəndlərini
hər an müdafiə etməyə hazır olduqlarını bildiriblər. Sonra dam örtükləri dəyişdiriləcək sakinlərə
yeni şiferlər paylanılıb. Məlumat üçün qeyd edək ki, bu gün 193 ailədən artıq 127-nə
təzə şiferlər verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş