Qazaxda kənd təsərrüfatının inkişafı üçün hər cür şərait var
Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutmaları da deyilənlərin bariz nümunəsidir. Hazırda respublikamızda kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir.
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra edilir və bu sahənin inkişafına böyük önəm verilir. Rayonda iqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan tütünçülüyün və taxılçılığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2016-cı ildə cəmi 10 hektar sahədə tütün yetişdirən rayon sakinləri ötən il bu rəqəmi 50 hektara çatdırmışlar. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürmüşlər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Bu, da kənd təsərrüfatının artan templə inkişaf etməsi deməkdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən kənd təsərrüfatının inkişaf etdirilməsi üçün gördüyü işlər, bu sahə ilə məşğul olan kənd sakinlərinin yanında olması bu sahədə çalışan insanlarda böyük ruh yükəskliyi yaradır. Rayon rəhbərinin kənd təsəsrrüfatı ilə məşğul olan zəhmətkeşlərlə mütəmadi olaraq görüşməsi artıq bir ənənə halını alıb. Ənənə halını alan bu görüşlər həm də sadə kəndlidə özünə inam hissini artırır. Məhz bu qayğının nəticəsidir ki, kənd sakinləri sözün əsl mənasında öz çörəyini torpaqdan çıxarmaq üçün böyük səylə çalışırlar. Dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğını öz əməlləri ilə, qazandıqları uğurlu göstəricilərlə doğrultmağa çalışırlar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün kənd təsərrüfatında olan mövcud vəziyyətlə, tütün yığımı və taxıl biçini ilə yaxından tanış olmaq üçün bir neçə təsərrüfatda olub.
Rayon rəhbəri əvvəlcə “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC tərəfindən geniş tütün sahəsi salınan Kosalar kəndinə gələrək tütünçülüyün vəziyyəti ilə tanış olub, sakinlərlə görüşüb.
Görülən işlər barədə rayon rəhbərinə məlumat verilib ki, bu il Kosalar kəndində 32 hektarda tütün əkilib. Tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl etdiklərini bildiriblər. Kənddə tütün dəriminin uğula davam etdiyini bildirən tütünçülər dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurutduqlarını qeyd ediblər.
Sonra İcra Başçısı ötən il istifadəyə verilən Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarına baş çəkib, körpələrə göstərilən diqqət və qayğı, yaradılan şərait, ərzaq təminatı və körpələrin tibbi müayinədən keçmələri ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, bağçada heç bir problem yoxdur. İstər ərzaq təminatı, istərsə də körpələrin müayinə olunması yüksək səviyyədədir.
Daha sonra İcra Başçısı Birinci Şıxlı kəndinə gələrək taxıl sahələrinə baş çəkib, buğda və arpa biçini ilə yaxından tanış olub. Biçilən taxılın keyfiyyəti və məhsuldarlığın necə olması ilə maraqlanıb.
İcra Başçısına məlumat verilərək bildirilib ki, rayonda cari ilin məhsulu üçün 12629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 hektarda arpa əkilmişdir.
Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib. Bu günə kimi qısa vaxt ərzində 3527 hektar arpa sahəsinin 3503 hektarında biçin aparılıb. Qalan 24 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir. Biçin aparılmış sahələrdən 8605 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 24,6 sentnerdir.
Arpa ilə yanaşı, buğda biçininin də sürətlə davam etdirildiyi bildirilib. Qeyd olunub ki, 9102 hektar buğda sahəsinin artıq 4450,3 hektarı biçilib. Yerdə qalan 4651,7 hektar sahədə də biçin işləri sürətlə aparılır. Zəmilərdən 14099,5 ton məhsul əldə olunub. Biçinlə əlaqədar sahələrə 41 kombayn cəlb edilib.
Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ
Facebook-da paylaş