• Təqvim

  • Maraq



Qazaxda icra başçısı rayonda aparılan abadlıq işlərinə baxış keçirib

Son illər Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Görülmüş işlərin nəticəsidir ki, nəinki Bakı, bütün bölgələrimiz müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazax rayonunun timsalında, burada aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda, eləcə də şəhərin Aslan Kəmərli, Əliağa Şıxlinski küçələrində, Məhəmmədəli Qazaxlı adına Güləş Salonunda aparılan abadlıq işləri bunun bariz nümunəsidir.

Dekabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən ərazilərdə olub, dam örtüyündə və fasadında abadlıq işləri aparılan evlərə baxış keçirib. Görülmüş işlərlə yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Aslan Kəmərli küçəsində aparılan abadlıq işlərinə baxış

Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq işlərinə baxış

Dam örtüyü yenilənən Məhəmmədəli Qazaxlı adına Güləş Salonu



Facebook-da paylaş


{sape_links}