Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı rayonda aparılan abadlıq işlərinə baxış keçirib
Qazaxda icra başçısı rayonda aparılan abadlıq işlərinə baxış keçirib29-12-2025, 19:15 |
|
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda, eləcə də şəhərin Aslan Kəmərli, Əliağa Şıxlinski küçələrində, Məhəmmədəli Qazaxlı adına Güləş Salonunda aparılan abadlıq işləri bunun bariz nümunəsidir. Dekabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən ərazilərdə olub, dam örtüyündə və fasadında abadlıq işləri aparılan evlərə baxış keçirib. Görülmüş işlərlə yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Aslan Kəmərli küçəsində aparılan abadlıq işlərinə baxış
Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq işlərinə baxış
Dam örtüyü yenilənən Məhəmmədəli Qazaxlı adına Güləş Salonu
Geri qayıt |