• Təqvim

  • Maraq

Qazaxda icra başçısı dam örtüyü yenilənəcək evlərə və güləş zalına baxış keçirib

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimiz müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir.

Dekabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospekti və Aslan Kəmərli küçəsində dam örtüyünün yenilənməsi nəzərdə tutulan evlərə və Məhəmmədəli Qazaxlı adına Güləş Salonuna baxış keçirib.

Rayon rəhbəri bu gündən işlərə start verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. İlk olaraq da Aslan Kəmərli küçəsində yaşayan şəhid ailəsinin evinin dam örtüyünün dəyişdirilməsindən başlanılıb. Lazım olan materiallar sözügedən evə gətirilərək boşaldılıb.

Heydər Əliyev prospekti

Aslan Kəmərli küçəsi

Məhəmmədəli Qazaxlı adına Güləş Salonu




Facebook-da paylaş


{sape_links}