Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı dam örtüyü yenilənəcək evlərə və güləş zalına baxış keçirib
Qazaxda icra başçısı dam örtüyü yenilənəcək evlərə və güləş zalına baxış keçirib16-12-2025, 23:01 |
|
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Dekabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospekti və Aslan Kəmərli küçəsində dam örtüyünün yenilənməsi nəzərdə tutulan evlərə və Məhəmmədəli Qazaxlı adına Güləş Salonuna baxış keçirib. Rayon rəhbəri bu gündən işlərə start verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. İlk olaraq da Aslan Kəmərli küçəsində yaşayan şəhid ailəsinin evinin dam örtüyünün dəyişdirilməsindən başlanılıb. Lazım olan materiallar sözügedən evə gətirilərək boşaldılıb.
Heydər Əliyev prospekti
Aslan Kəmərli küçəsi
Məhəmmədəli Qazaxlı adına Güləş Salonu
Geri qayıt |