Qazaxda icra başçısı Fərrux Ağa Qayıbov küçəsində yaşayan sakinlərin etdikləri müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub
Qazaxda icra başçısıFərrux Ağa Qayıbov küçəsindəyaşayan sakinlərin etdikləri müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub Bu gün müstəqil ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bunu bütün sahələrdə görmək olur. Ən əsası da bu, hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir. Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. Oktyabrın 7-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Fərrux Ağa Qayıbov küçəsində yaşayan bir qrup sakinin müraciətinə əsasən yerində baxış keçirməsi, vətəndaşların yaşadıqları küçənin asfaltlanması və işıqlandırılması ilə bağlı müraciətlərini dinləməsi, rayon rəhbərinin səslənən məsələlərə həssaslıqla yanaşılacağını bildirməsi barədə məlumat vermişdik. Bəli, icra başçısı sakinlərlə olan həmin görüşdə şəhərdə bir neçə küçənin asfaltlanmasının nəzərdə tutulduğunu, həmin küçələrdən birinin də məhz Fərrux Ağa Qayıbov küçəsi olduğunu diqqətə çatdırmış, küçənin işıqlandırılması ilə bağlı məsələnin həlli istiqamətində isə aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını vermişdir. Budur, artıq xeyli vaxtdır ki, vətəndaşların küçənin işıqlandırılması ilə bağlı müraciətləri öz müsbət həllini tapıb. Belə ki, küçənin işıqlandırılması təmin olunub. Sakinlərin etdikləri müraciətin müsbət həllini tapması isə dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, bütün bu işlərin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. Dekabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən Fərrux Ağa Qayıbov küçəsində olub, sakinlərlə görüşərək görülmüş işlərin nəticəsi ilə maraqlanıb. Rayon rəhbəri bu görüşdə də onların digər müraciətlərini dinləyib, həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə baxılmasına, yaşadıqları küçənin işıqlandırılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.












Facebook-da paylaş















