İcra başçısı dam örtükləri yenilənəcək birmərtəbəli binalara baxış keçirib
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində nəinki paytaxt Bakıda, eləcə də respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə, eləcə də Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması, Aslan Kəmərli küçəsində yeni səkilərin salınması, şəhərin Heydər Əliyev prospektində və küçələrdə müasir işıqlandırma sisteminin quraşdırılması, səkilərin kənarına məhəcərlərin vurulması söylədiklərimizin əyani sübutudur. Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 150-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb. Cari ildə Nəriman Nərimanov yaşayış massivində yerləşən 50 və 51 saylı çoxmənzilli yaşayış binalarının dam örtüklərinin yenilənməsi dediklərimizin bariz nümunəsdir. Sevindirici haldır ki, bu sahədə işlər bu gün də davam etdirilir. İyulun 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov MİS-in balansında olan dam örtüyü yenilənəcək birmərtəbəli yaşayış binalarına baxış keçirib. Rayon rəhbəri şəhərin Heydər Əliyev prospekti 109, Şamoy Çobanov 8, Şəhidlər Xiyabanı 23 ünvanında yerləşən birmərtəbəli binalarda görülməsi nəzərdə tutulan işləri yerində müzakirə edib, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını, xüsusilə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülmüş işləri razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Heydər Əliyev prospekti 109 Şamoy Çobanov 8 Şəhidlər Xiyabanı 23
Facebook-da paylaş